ABŞ-nin Luiziana ştatında, Yeni Orlean şəhəri yaxınlığında tanker 130 sərnişinin olduğu kruiz gəmisi ilə toqquşub.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində kruiz gəmisi qismən batıb.
Hadisə noyabrın 13-də, cümə günü günorta saatlarında Missisipi çayında, Yeni Orlean limanının yaxınlığında baş verib.
Toqquşma zamanı kruiz gəmisi limanda olub. Zərbədən sonra gəmi su almağa başlayıb və qismən suyun altında qalıb.
Hazırda ölən və ya xəsarət alanların olub-olmadığı barədə məlumat yoxdur. Toqquşmanın səbəbləri, eləcə də hər iki gəmiyə dəyən ziyanın miqyası hələlik açıqlanmayıb.
Hadisənin təfərrüatı araşdırılır.