Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
ABŞ-də zavodda kimyəvi sızma: Ölənlər və xəsarət alanlar var
Texasın Dir-Park şəhərindəki "Pemex" neft emalı zavodunda kimyəvi maddələrin sızması nəticəsində ölənlər və xəsarət alanlar var.
Oxu.Az-ın "Reuters"ə istinadla verdiyi məlumata görə, bu barədə müəssisədən xəbər verilib.
Qeyd olunur ki, sızma zavod işçilərindən birinin hidrogen-sulfid tərkibli xətti açması nəticəsində baş verib.
Onun özü hadisə yerində həlak olub. Ümumilikdə qəza nəticəsində azı iki nəfər həlak olub və daha beş nəfər yaralanıb.
Müəssisədə təcili yardım briqadaları növbə çəkir.
Dir-Park və Pasadena rəhbərliyi fövqəladə vəziyyət rejimi tətbiq edib, sakinləri bütün pəncərə və qapıları bağlayaraq evdə qalmağa çağırıb.
"Texas ştatı" teqi üzrə xəbərlər
- LGBT qanunları Maskı təzə şəhər salmağa məcbur etdi
- ABŞ-də "11 sentyabr üslubunda" yeni hücum planlaşdırılıbmış: Terrorçu Ənəs Səid ələ keçdi
- İlon Mask öz uşaqları üçün Texasda kompleks tikəcək
- Texasda boru kəməri partladı
- Küçələrdə balıqlar üzür, su avtomobillərin pəncərələrinə qədər qalxır: Texas daşqınların əsarətində
Rəylər