Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
ABŞ Dövlət katibi müharibə başlayandan sonra ikinci dəfə İsrailə səfər edib - VİDEO
ABŞ Dövlət katibi Antoni Blinken müharibə başlayandan sonra növbəti dəfə İsrailə səfər edib.
Blinken Təl-Əvivə gəlib və İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşüb.
Görüş Kiryadakı hərbi qərargahda baş tutub.
Bu barədə baş nazirin ofisindən məlumat verilib.
Bu, ABŞ diplomatiyası rəhbərinin Yaxın Şərqdə vəziyyət kəskinləşdikdən sonra İsrailə ikinci səfəridir.
Qeyd olunur ki, əvvəlcə Blinken və Netanyahunun təkbətək görüşü olub. Bundan sonra isə daha geniş formatda söhbət aparılıb.
Xatırladaq ki, Blinkenin İsrailə ilk səfəri oktyabrın 12-də, Qəzza zolağında gərginliyin başlanmasından beş gün sonra baş tutub. O, Baş nazir Benyamin Netanyahu və İsrail Prezidenti İsxaq Hersoqla görüşüb. Hər iki görüşün əsas mövzusu Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı olub.
Mənbə: “The Times of İsrael”
"Antoni Blinken" teqi üzrə xəbərlər
- Antoni Blinken: "ABŞ İsrail və HƏMAS arasında danışıqları iki həftəyə başa çatdırmaq istəyir"
- Blinken: "Ukrayna çətin ki, itirilmiş əraziləri qaytara bilsin"
- Blinkendən Ukrayna ilə bağlı ETİRAF
- İranın ali rəhbəri Suriya ilə bağlı proqnozunu açıqlayıb
- Antoni Blinkendən İranla bağlı sensasiyalı bəyanat
Rəylər