Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![Təyyarəsində nasazlıq yaranan ABŞ Dövlət katibi Almaniyaya yenidən yola düşüb](https://images.oxu.az/2025/02/14/1ThHlYtmVcvrVxxPaCj11ZX8wx3G612wkOCl1PMv:1200.jpg)
Təyyarəsində nasazlıq yaranan ABŞ Dövlət katibi Almaniyaya yenidən yola düşüb
ABŞ Dövlət katibi Marko Rubio Almaniyaya başqa təyyarə ilə yola düşüb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "ABC News" telekanalı Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb.
"Dövlət katibi Rubio indi daha kiçik təyyarə ilə təhlükəsiz şəkildə Münhenə doğru hərəkət edir", - deyə mənbə bildirib.
Qeyd edək ki, Rubio cümə günü Münhen Təhlükəsizlik Konfransında iştirak etməlidir.
Münhenə yollanan ABŞ dövlət katibi Marko Rubionun təyyarəsi Vaşinqton yaxınlığındakı aviabazaya qayıdıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti xəbər yayıb.
Bildirilir ki, təyyarə texniki nasazlıq səbəbindən Merilend ştatındakı Endrüs hərbi hava bazasına geri qayıdıb. Nasazlığın nə ilə bağlı olduğu barədə məlumat verilməyib.
Qurum əlavə edib ki, Rubio Almaniya və Yaxın Şərqə səfərini başqa təyyarə ilə davam etdirəcək.
Rəylər