Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

ABŞ HƏMAS-a rəğbət bəsləyən şəxsləri ölkədən qovacaq
ABŞ dövlət katibi Marko Rubio HƏMAS-a rəğbət bəsləyən əcnəbi vətəndaşların ölkədən çıxarılacağını açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə M.Rubio özünün "X" səhifəsində yazıb.
"HƏMAS da daxil olmaqla, terror təşkilatlarını dəstəkləyənlər milli təhlükəsizliyimizi təhdid edirlər. ABŞ terrorçuları dəstəkləyən əcnəbi şəxslərə dözümlülük nümayiş etdirmir. ABŞ qanunlarını pozan şəxslərə, o cümlədən əcnəbi tələbələrə viza verilməyəcək və ya onların vizaları ləğv ediləcək, o cümlədən həmin şəxslər deportasiya ilə üzləşəcəklər", - deyə M.Rubio qeyd edib.
Məlumat üçün əlavə edək ki, ABŞ Dövlət Departamenti HƏMAS və ya digər terror qruplaşmalarını dəstəkləyən xarici vətəndaşların vizalarını ləğv etmək üçün süni intellekt (AI) ilə işləyən xüsusi proqram hazırlayıb. "Axios"un verdiyi məlumata görə, "Catch and Revoke" proqramı tələbə vizası sahiblərinin sosial media hesablarını yoxlamaq üçün süni intellektdən istifadə etməyi nəzərdə tutur.