Qeyri-rəsmi olaraq “Timsah” adlandırılan Sovet-Rus zərbə helikopteri “Mi-24” Əfqanıstan müharibəsi dövründə (1979-1989) yüksək effektiv silah sistemi olduğunu sübut edib.
Bu barədə “The Aviationist” xəbər yayıb.
Nəşr qeyd edir ki, qarşıdurmada bu tip uçuş aparatları amerikalıların “Taliban”a verdiyi portativ zenit raket sistemləri “FIM-92 Stinger” ilə məhv edilirdi.
O da vurğulanır ki, Bolqarıstandan ABŞ-a göndərilən “Timsah”lar hazırda potensial düşmənin helikopterlərinin simulyatoru kimi istifadə olunur.