Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Yaxın Şərqə yönələn ABŞ aviadaşıyıcısı siqnal ötürücüsünü söndürüb
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Nimitz" (CVN-68) aviadaşıyıcısı Yaxın Şərqə doğru hərəkət edərkən marşrutunu gizlətmək məqsədilə siqnal ötürücüsünü (transponder) söndürüb.
Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Gəminin son qeydə alınan mövqeyinə əsasən, o, iyunun 17-si Bakı vaxtı ilə saat 06:03-də Malayziya və İndoneziya arasındakı sularda 19 düyün sürətlə hərəkət edib.
Hərəkət istiqaməti aviadaşıyıcının Fars körfəzinə doğru üz tutduğunu göstərir.
ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri Bəhreyndəki bazanı tərk edib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Associated Press" peyk görüntülərinə istinadən məlumat verib.
Qeyd olunur ki, görüntülərdə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci əməliyyat donanmasının bazasında lövbər salmış bir dənə də olsun gəmi görünmür.
Həmin yerdə bir sahil döyüş gəmisi, dörd minaaxtaran gəmi və ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi əməliyyat gəmisi olub.
Həmçinin, Bəhreyndəki bazadan Böyük Britaniya hərbi gəmiləri də istifadə edir.