Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

ABŞ hərbi kontingentinin bir hissəsini Cənubi Koreyadan çıxarır?
ABŞ 4 500 hərbçisini Cənubi Koreyadan çıxararaq, onların bir hissəsini Quam adasına, digər qismini isə Hind-Sakit okean bölgələrinə yerləşdirməyi nəzərdən keçirir.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "The Wall Street Journal" xəbər yayıb.
Qeyd olunub ki, təşəbbüs hələ ABŞ Prezidenti Donald Trampın təsdiqinə təqdim olunmayıb və administrasiya daxilində müzakirə mərhələsindədir.
Pentaqon məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.
Cənubi Koreya Müdafiə Nazirliyi isə ABŞ hərbi kontingentinin 28 500-dən 24 000-ə endirilməsi barədə heç bir müzakirə aparılmadığını bəyan edib.
Ən çox oxunanlar