Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
ABŞ-ın Çinə qarşı “qırmızı xətt”i məlum oldu
Solomon adalarında Çin hərbi bazasının inşası Vaşinqton və Kanberra üçün qırmızı xətt olacaq.
Bunu Avstraliyanın Baş naziri Skott Morrison bildirib.
“Yeni Zelandiyadakı və əlbəttə ki, ABŞ-dakı tərəfdaşlarımızla işləyərək. Bu məsələlərə gəldikdə, mən ABŞ ilə eyni qırmızı xətt üzərindəyəm. Çin dəniz bazaları bizim bölgəmizdə, qapımızın ağzında olmayacaq”, - deyə o qeyd edib.
Hökumət başçısının sözlərinə görə, Fici və Papua Yeni Qvineya da Avstraliyanın narahatlığını bölüşür.
Eyni zamanda, Morrison Çinin qeyd olunan xətti keçəcəyi təqdirdə hansı tədbirlərin görüləcəyini açıqlamayıb.
Mənbə: rt.com
"Avstraliya" teqi üzrə xəbərlər
- Avstraliyada təyyarə qəzası: Ölənlər var
- Avstraliya epidemiya astanasında? Laboratoriyadan yüzlərlə öldürücü virus nümunəsi yoxa çıxdı
- Avstraliyalı bloqer "layk" xatirinə qızına dərman verib komaya saldı
- Avstraliyada 16 yaşadək uşaqlara sosial şəbəkələrə daxil olmaq qadağan edilir
- Dünyanın ən yaşlı rəqqasəsi vəfat etdi
Ən çox oxunanlar
Rəylər