Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

ABŞ İrana sanksiya tətbiq etdi
"ABŞ İranın mayeləşdirilmiş neft qazının (LPG, propan və butan qarışığı) daşınmasına görə məsul hesab etdiyi iki fiziki və 12 hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Temmi Bryus yazılı açıqlamasında bildirib.
"Bu gün Birləşmiş Ştatlar İran vətəndaşı Seyid Əsədullah Emamcomehə və onun LPG daşıma şəbəkəsinə qarşı yüz milyonlarla dollarlıq İran LPG və neftini xarici bazarlara ixrac etdiyinə görə sanksiyalar tətbiq edir.
Bu gəlirlər İranın nüvə proqramı və ballistik raketlərin hazırlanması da daxil olmaqla, terror qruplaşmalarına dəstək kimi zərərli fəaliyyətlərini maliyyələşdirməyə xərclənir", - deyə diplomat bildirib.