ABŞ tərəfindən İranın aviasiya sektoruna tətbiq edilmiş sanksiyalarla əlaqədar Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri sentyabrın 22-dən etibarən dayandırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Mülki Aviasiya Agentliyi məlumat yayıb.
"Mövcud məhdudiyyətlərlə əlaqədar müvafiq aviaşirkətlərə və biletlərin əldə edildiyi satış məntəqələrinə müraciət edilməsi tövsiyə olunur".
Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri dayandırılır.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ABŞ-nin İrana qarşı tətbiq etdiyi yeni sanksiya paketi, xüsusilə aviasiya sektoruna qarşı sanksiyalarla əlaqədar Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reyslərinin 2026-cı il 22 sentyabr tarixindən etibarən dayandırılması barədə qərar qəbul edilib.