Türkiyədən olan səyahət bloqeri Dəniz Orduluoğlu "Instagram" profilində Azərbaycana səfərindən yaranan təəssüratlarından bəhs edib.
Oxu.Az-ın məlumatına əsasən, bloqer səyahətinin elə ilk dəqiqələrdən müsbət anlarla yadda qaldığını bildirib.
O cümlədən, bloqer Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportunda pasport yoxlanışından keçmə prosesi barədə danışıb.
"Təyyarədən endim və pasport nəzarəti bölməsinə yollandım. Əcnəbi kimi mən də xarici vətəndaşlar üçün ayrılmış nəzarət növbəsinə dayandım. Növbə çox uzun idi. Əlimdə qırmızı pasport (Türkiyə vətəndaşının pasportu nəzərdə tutulur) görən hava limanının təhlükəsizlik xidmətinin əməkdaşı məni Azərbaycan vətəndaşlarının olduğu bölməyə keçirtdi. Dedim ki, mən Türkiyə vətəndaşıyam. O isə bildirdi ki, "biz bir millətin nümayəndələriyik", - deyə o, öz paylaşımında bildirib.
"Tamamilə fərqli bir ölkədə özünü evindəki kimi hiss etmək inanılmaz bir duyğudur", - deyə Orduoğlu qeyd edib.