"Fənərbağça"nın malili yarımmüdafiəçisi Dorqeles Nene klubdan ayrılmaq niyyətindədir.
Oxu.Az "Sabah" nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu qış transfer pəncərəsində İstanbul təmsilçisi ilə yollarını ayırmaq istəyir.
Nenenin artıq bu barədə agentinə də məlumat verdiyi bildirilib.
Qeyd edək ki, Dorqeles Nene 2025-ci ildən "Fənərbağça"nın formasını geyinir.

Qaynar xətt:
(055) 224 12 12