Bu gecə "Sabah" klubunu öz meydanında qəbul edəcək Norveçin "Vikinq" klubunun qapıçısı Arild Östbö futbolçu fəaliyyəti ilə yanaşı, informasiya texnologiyaları (İT) sahəsində də işləyir.
Oxu.Az xəbər verir ki, 35 yaşlı qolkiper "Bouvet" şirkətində İT məsləhətçisi vəzifəsini tutur.
Norveçin "TV 2" telekanalına danışan Östbö futboldan başqa bir sahədə də fəaliyyət göstərmək istədiyini bildirib. O, hər iki işi paralel şəkildə davam etdirir və İT sahəsindəki fəaliyyətinin futbolçu kimi çıxışına da müsbət təsir etdiyini düşünür.
Qapıçı karyerasının böyük hissəsində əsas heyətə düşməkdə çətinlik çəkib. 2010-2025-ci illərdə hər mövsüm orta hesabla səkkizdən az oyun keçirən Östbö 2026-cı ildə "Vikinq"in əsas qapıçısına çevrilib.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının IV turunda keçiriləcək "Vikinq" - "Sabah" qarşılaşması noyabrın 4-dən 5-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
