"Andorra" klubunun qapıçısı Xesus Ovono "Tenerife"nin hücumçusu Xesus de Migelin vəfatı ilə bağlı ilk açıqlamasını verib.
Oxu.Az xəbər verir ki, futbolçular İspaniya Sequndasının XII turu çərçivəsində keçirilən və 2:2 hesabı ilə başa çatan matçın sonlarında toqquşublar.
Toqquşma zamanı sinəsindən zərbə alan 30 yaşlı hücumçunun ürəyi dayanıb. O, noyabrın 3-də xəstəxanada dünyasını dəyişib.
Ovono baş verən hadisə ilə bağlı kədərini ifadə edib.
"Bunlar həyatımın ən çətin günləridir. Söz tapmaqda çətinlik çəkirəm və baş verənləri hələ də dərk edə bilmirəm. Xesusun itkisinə görə böyük kədər hissi keçirirəm. Onu, ailəsini və onu sevən bütün insanları düşünürəm.
Bilirəm ki, qarşıda həll edilməli çoxlu məsələlər var və onların hamısına böyük hörmətlə yanaşacağam. Amma hazırda, səmimi desəm, Xesusdan və yaşadığımız ağrıdan başqa heç nə barədə düşünə bilmirəm. Ruhun şad olsun, Xesus", - deyə Ovono klubun "X" sosial şəbəkə hesabında paylaşım edib.