İspaniya Kral Futbol Federasiyası (RFEF) "Tenerife" klubunun hücumçusu Xesus de Migelin vəfatından sonra futbol yarışlarının dayandırılması müddətini üç günə qədər uzatmaq qərarına gəlib. Futbolçunun İspaniya çempionatının ikinci divizionunun 12-ci turu çərçivəsində "Andorra" ilə keçirilən matç zamanı ürəyi dayanıb.
Oxu.Az bu barədə RFEF-in rəsmi saytına istinadən xəbər verir.
Bu səbəbdən İspaniya Kubokunun noyabrın 3, 4 və 5-də keçirilməsi planlaşdırılan oyunları təxirə salınacaq.
Təxirə salınmış qarşılaşmaların yeni tarixləri yaxın vaxtlarda açıqlanacaq.
İspaniya Kral Futbol Federasiyası (RFEF) "Tenerife"nin futbolçusu Xesus de Migelin vəfatından sonra ölkə kubokunun bu gün keçirilməli olan oyunlarını təxirə salıb.
Oxu.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Federasiyanın açıqlamasında qərarın futbolçunun ölümündən sonra ehtiram və həmrəylik əlaməti olaraq qəbul edildiyi bildirilib. Təxirə salınan qarşılaşmaların yeni tarixləri və yarışların yenilənmiş təqvimi yaxın günlərdə açıqlanacaq.
30 yaşlı hücumçu "Tenerife" ilə "Andorra" arasında keçirilən Sequnda Liqası matçında rəqib komandanın qapıçısı Xesus Ovono ilə toqquşaraq ağır xəsarət alıb. Xəstəxanaya çatdırılan futbolçunun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, noyabrın 3-də İspaniya Kral Kubokunda "Anaitasuna" - "Alaves" və "Pamplona" - "Eybar" qarşılaşmaları keçirilməli idi.