UEFA Çempionlar Liqasının ümumi mərhələsinin IV turunda İspaniyanın "Real Madrid" klubu səfərdə Yunanıstanın AEK komandasını 2:3 hesabı ilə məğlub edib.
Oxu.Az xəbər verir ki, Afinada keçirilən qarşılaşmada qonaqların heyətində 32-ci dəqiqədə Cud Bellinqem, 78-ci dəqiqədə Kilian Mbappe, 90+2-ci dəqiqədə isə Federiko Valverde fərqləniblər.
Meydan sahiblərinin qollarını isə 12-ci dəqiqədə Abubakari Koita, 75-ci dəqiqədə Stavros Pilios vurub.
Bu qələbədən sonra xallarının sayını 12-yə çatdıran "Real Madrid" ümumi mərhələnin turnir cədvəlində ikinci pillədə qərarlaşıb. AEK isə 3 xalla 30-cu yerdədir.