"Real Madrid"in yarımmüdafiəçisi Cud Bellinqem İngiltərədə ilin ən yaxşı futbolçusu adına layiq görülüb. O, bu fəxri mükafatı ardıcıl olaraq ikinci dəfə əldə edib.
Oxu.Az xəbər verir ki, bu barədə İngiltərə milli komandasının mətbuat xidməti məlumat yayıb.
Gənc futbolçu azarkeşlər arasında keçirilən səsvermənin nəticələrinə əsasən nüfuzlu mükafata sahib çıxıb.
Qeyd edək ki, Bellinqem 2023-cü ilin yayından etibarən "Real"ın şərəfini qoruyur. 23 yaşlı yarımmüdafiəçinin hazırkı müqaviləsi 2029-cu ilin iyun ayının sonunadək qüvvədədir. Ötən mövsümdə o, Madrid təmsilçisi ilə heç bir kubok qazanmasa da, DÇ-2026-da İngiltərə yığmasının əsas oyunçularından biri olub. Britaniyalılar dünya birinciliyində bürünc medallara sahib çıxıblar.

Cari mövsüm ərzində futbolçu bütün turnirlər daxil olmaqla klubunda yeddi qarşılaşmada meydana çıxıb, üç qol və üç məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı Bellinqemin transfer dəyərini 160 milyon avro olaraq qiymətləndirir.