Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib.
Oxu.Az-ın əldə etdiyi xəbərə görə, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:
İddia edilir ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən çıxıb:
"Daha sonra o, ictimai nəqliyyatla Nizami rayonu ərazisinə gedib. Telefonu bağlı olduğu üçün onunla əlaqə yaratmaq mümkün olmayıb".
Əzizə İsmayılova
Abşeron rayonunun Xırdalan şəhərində itkin düşən 12 yaşlı Mələk İmanova tapılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə azyaşlının yaxınları məlumat veriblər.
Abşeron rayonunun Xırdalan şəhərində 12 yaşlı qız evdən çıxıb və geri qayıtmayıb.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Uşağın atası Zakir İmanov bildirib ki, qızı Mələk noyabrın 2-də saat 19:35-də "Kristal 1" yaşayış kompleksindəki evindən çıxıb və sonra ondan xəbər alınmayıb.
Valideyn polisə müraciət etdiyini də deyib: "Həyətdə iki kamera var. Amma xalçayuma məntəqəsinin qarşısında olan kamera görüntüsünə sahibi baxmağa icazə vermir", - deyə o bildirib.
Qeyd edək ki, uşağın bir qolunda problemin olduğu bildirilib. O, dükana getmək üçün evdən çıxıb. O da qeyd edilib ki, qızın atası Zakir İmanov müharibə iştirakçısı olub.
Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, yeniyetmə barədə axtarış elan olunub:
"Polis tərəfindən itkin düşmə kimi axtarışa elan edilmiş şəxsin yerinin müəyyən olunaraq tapılması istiqamətində tədbirlər görülür".