Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
ABŞ İranın ittihamlarını rədd etdi
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli İranda hərbi paradda baş verən terror aktı ilə bağlı ittihamları rədd edib.
Oxu.Az xəbər verir ki, diplomatın sözlərinə görə, İran rəhbərliyi günahkarları öz ölkələrində axtarmalıdırlar.
“Ruhani bizi hər nədə istəyirsə ittiham edə bilər. Lakin onun güzgüyə baxmağını məsləhətdir”, - Heyli CNN telekanalına müsahibəsində deyib.
Heyli qeyd edib ki, ABŞ İranda və ya digər ölkədə rejimin dəyişdirilməsini istəmir.
Xatırladaq ki, İranın Əhvaz şəhərində hərbi paradda baş verən terror aktı zamanı 29 nəfər ölüb, 53 nəfər isə yaralanıb.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər