Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“Qarabağ” “Qəbələ”ni darmadağın etdi - VİDEO
Azərbaycan Premyer-Liqasında V tura yekun vurulub.
Oxu.Az-ın məlumatına görə, turun son qarşılaşmasında son çempion “Qarabağ” “Azərsun Arena”da “Qəbələ” komandasını qəbul edib.
Matç Qurban Qurbanovun yetirmələrinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam təmsilçisinin heyətində Abdellah Zubir dubla imza atıb (31 və 73-cü dəqiqələrdə), hərəyə bir dəfə isə Araz Abdullayev (45) və Dzon Delarj (62) fəqrləniblər. Qonaqların yeganə qolunu 90-cı dəqiqədə Rasim Ramaldanov vurub.
Daha bir görüşdə “Sumqayıt” autsayder “Keşlə”ni 2:1 məğlub edib.
Beş turdan sonra turnir cədvəlinə 13 xal toplayan “Neftçi” başçılıq edir. Bir oyun az keçirən “Qarabağ” 10 xalla ikincidir. “Sabah” 10 xalla üçüncü, “Sumqayıt” yeddi xalla dördüncü, “Səbail” beş xalla beşincidir.
Bu mövsüm uğursuz çıxış edən “Qəbələ” dörd xalla altıncı yerdədir. “Zirə” klubu iki xalla yeddinci, “Keşlə” isə bir xalla sonuncu pillədə qərarlaşıb.
Rəylər