ABŞ Prezidenti Donald Trampın Administrasiyası Venesuela lideri Nikolas Maduronu və onun hökumətdəki silahdaşlarını xarici terror təşkilatının üzvləri kimi tanıyıb.
Oxu.Az bu barədə CNN telekanalına istinadən xəbər verir.
Bildirilir ki, Maduronun terrorçu kimi tanınması ABŞ-yə onun siyasi rejiminin aktivlərinə və logistikasına qarşı əlavə sanksiyalar tətbiq etmək imkanı verəcək.
Tramp ümid edir ki, təzyiq Venesuela prezidentini birbaşa hərbi əməliyyatlara əl atmadan istefa verməyə məcbur edəcək.
ABŞ administrasiyasının nümayəndələrinin fikrincə, bu, ABŞ-yə Venesuelanın daxilinə zərbələr endirmək üçün daha böyük hərbi imkanlar da verəcək.
Maduronun Venesuela Silahlı Qüvvələri daxilində şaxələndirilmiş narkotik ticarəti şəbəkəsi olan "Günəşlər karteli" ("Cartel de los Soles") ilə bağlantılı olduğu bildirilir. Şəbəkə narkotiklərin ABŞ-yə və Avropaya qaçaqmalçılıq yolu ilə daşınması ilə məşğuldur.