"Marinera" tankerindəki iki rusiyalı dənizçi azad edilib. Onlar Rusiyaya qayıdırlar".
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib.
Xatırladaq ki, yanvarın 7-də ABŞ hərbçiləri Atlantik okeanında Rusiyaya məxsus "Marinera" tankerini ələ keçiriblər.
ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı gəminin və onun ekipajının saxlanıldığını rəsmi şəkildə təsdiqləyib.