ABŞ-nin keçmiş dövlət katibi Mayk Pompeo (2018-2021) uzaqmənzilli pilotsuz uçuş aparatları və "Flamingo" raketləri istehsal edən Ukrayna müdafiə şirkəti "Fire Point"un məsləhət şurasına daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Fire Point"un baş texniki direktoru İrina Terex AP-yə bildirib.
Qeyd olunur ki, direktorlar şurasına daha üç nəfər daxil olacaq, lakin onların kim olduğu dəqiqləşdirilmir.
Məlumata görə 2022-ci ildə Rusiya-Ukrayna münaqişəsinin başlamasından sonra tanınan "Fire Point" qanadlı raketlərin istehsalını genişləndirir. Bu il şirkətin gəliri bir milyard dollara çatıb. Şirkət, həmçinin Danimarkada raket yanacağı istehsalı zavodu inşa edir. "The New York Times" qəzetinin yazdığına görə, hərbi əməliyyatların başlamasına qədər "Fire Point" qeydiyyat sənədlərinə əsasən, kino və televiziya istehsalı üçün kastinq agentliyi olub.