ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp seçkidə qalib gələcəyi təqdirdə, Kiyevə silah tədarükünün artırılması məqsədilə Ukrayna üçün 500 milyard dollar məbləğində lend-liz proqramını hazırlaya bilər.
Oxu.Az-ın "The Wall Street Journal" (WSJ) nəşrinə istinadən məlumatına görə, bu barədə ABŞ-nin keçmiş dövlət katibi, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru Mayk Pompeo fikrini bildirib.
Pompeo hesab edir ki, bu proqram Ukraynaya ABŞ silahlarını əldə etmək üçün lazım olan qədər borc almağa imkan verəcək.
O, həmçinin qeyd edib ki, Trampın Ukrayna ilə bağlı sülh planı Kiyevin əldə edə edəcəyi və istifadə edə biləcəyi silah növlərinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa kömək edəcək. Pompeonun fikrincə, bu, ABŞ müdafiə sənayesinin genişləndirilməsinə gətirib çıxaracaq.
"Bu və digər mümkün addımlar Trampa müqavilənin şərtlərini təyin etməyə imkan verəcək: müharibə dərhal başa çatacaq", - deyə məqalədə bildirilib.
Rəylər