ABŞ-nin Kaliforniya ştatının Vəkillər Kollegiyası Ağ Evin sabiq mətbuat katibi Keti Zaxariya barəsində araşdırmaya start verib. Buna onun lazımi lisenziya olmadan özünü peşəkar hüquqşünas kimi təqdim etməsi ilə bağlı şübhələr əsas olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Campaign for Accountability" (CfA) qeyri-kommersiya təşkilatı bəyanat yayıb.
CfA rəsmiləri bildiriblər ki, araşdırmanın başlanması ilə əlaqədar Vəkillər Kollegiyasından onlara rəsmi məktub daxil olub.
Məlumata əsasən, proses 14 oktyabrda verilmiş şikayət əsasında başladılıb. Sənəddə qeyd olunur ki, K.Zaxariya ictimaiyyət qarşısında özünü dəfələrlə vəkil adlandırmaqla Kaliforniya qanunvericiliyinin tələblərini pozmuş ola bilər.
Qeyd edək ki, K.Zaxariya daha öncə vəkillik fəaliyyəti üçün tələb olunan ixtisaslaşdırma imtahanından uğurla keçə bilmədiyini özü də təsdiqləmişdi.