Qısadalğalı radioefir üzrə müşahidəçilər ABŞ-nin HFGCS strateji radio şəbəkəsinin aktivliyinin artdığını bildiriblər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Qiyamət günü" radiostansiyasının monitorinqində ixtisaslaşmış "UVB-76 Loqi" "Telegram" kanalı məlumat verib.
Nəşrin müəlliflərinin qeyd etdiyi kimi, HFGCS stansiyaları Rusiyanın "UVB-76" radiostansiyasından gələn siqnallar kimi açıq radio kanalı üzərindən kənar şəxslərin deşifrə etməsindən qorunan mesajlar ötürülər.
HFGCS radioşəbəkəsinin aktivliyi dəfələrlə ABŞ-nin həm mövcud, həm də ehtimal edilən hərbi fəaliyyəti ilə əlaqələndirilib.
Getdikcə daha tez-tez yayımlanan siqnallar fonunda həvəskarlar HFGCS şəbəkəsi üzərindən ötürülən mesajların müşahidələrini dərc etmək qərarına gəliblər, eləcə də abunəçilərə alınan məlumatları müstəqil şəkildə təhlil etməyi və müqayisə etməyi təklif ediblər.