ABŞ-nin strateji neft ehtiyatlarının həcmi son 40 ildən artıq müddətdə ən aşağı səviyyəyə enib.
Oxu.Az xəbər verir ki, bu barədə NEWS.ru ABŞ Energetika Nazirliyinin Enerji İnformasiyası Administrasiyasının (EIA) məlumatlarına istinadən məlumat yayıb.
Bildirilib ki, iyulun 24-də başa çatan həftənin nəticələrinə əsasən, ABŞ-nin strateji neft ehtiyatları təxminən 3.8 milyon barel azalaraq 307.65 milyon barel təşkil edib.
Bu göstəricidən daha aşağı səviyyə sonuncu dəfə 1983-cü ilin mart ayında qeydə alınıb. Həmin vaxt strateji neft ehtiyatlarının həcmi 306.964 milyon barel olub. Bu, ehtiyatların yaradıldığı dövrdən bəri qeydə alınan ən aşağı göstərici hesab edilir.