Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

ABŞ ordusu ən yüksək hazırlıq vəziyyətinə gətirildi
ABŞ-nin Yaxın Şərq bölgəsindəki Silahlı Qüvvələri ən yüksək hazırlıq vəziyyətinə gətirilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Voennıy obozrevatel" məlumat yayıb.
Məlumata görə, Pentaqon yaxın saatlarda İsrailin Livanda quru əməliyyatına başlayacağını gözləyir.
Belə ki, İsrail ordusu Livanla sərhəddəki ərazini artıq qapalı hərbi zona elan edib.
ABŞ üçün əsas sual İranın hərəkətə keçib-keçməyəcəyidir. Hazırda böyük kəşfiyyat qüvvələri bu məsələnin həllinə yönəlib.
Bu gün İran prezidenti bildirib ki, Tehran HƏMAS hərəkatının rəhbərinin öldürülməsinə görə İsrailə qarşı hərbi cavabdan imtina etsə də, lakin Qərb Livan və Qəzzada atəşi dayandırmaq vədinə əməl etməyib.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- BMT ABŞ-nin Ukrayna ilə bağlı qətnamə layihəsini qəbul edib
- ABŞ-də miqrantların uşaqlarının axtarışı həyata keçiriləcək
- ABŞ-də donuzlar öz sahibini parçalayıblar
- BMT Təhlükəsizlik Şurası ABŞ-nin Ukrayna ilə bağlı təklif etdiyi qətnaməyə səs verəcək
- Mask "Grok 3" neyron şəbəkəsini hər kəs üçün pulsuz etdi