Rusiya Prezidenti Vladimir Putinin təyyarəsi Alyaskanın Ankoric şəhərinə çatıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Flightradar" servisinin məlumatlarından məlum olur.
O, amerikalı həmkarı Donald Trampla görüşəcək.
Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla görüşmək üçün Alyaskaya yola düşüb.
"RA-64531" xüsusi bortu Maqadandan Alyaskaya istiqamət alıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Flightradar" servisinin məlumatlarından məlum olur.
Daha əvvəl verilən məlumata görə, Putinin təyyarəsi yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə saat 23:00) Ankoricə enəcək.

"Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampla görüşmək üçün tam vaxtında Maqadandan Ankoricə uçacaq".
Oxu.Az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinə bildirib.
Peskov qeyd edib ki, Putin Maqadanda bir sıra obyektlərdə olub və yığıncaq keçirib, daha sonra isə region rəhbəri ilə görüş olacaq.
"Sonra Maqadandan Ankoricə tam vaxtında uçuş olacaq, ona görə ki, prezident yerli vaxtla düz saat 11:00-da enməlidir və Prezident Tramp onu uçuş-eniş zolağının yaxınlığında qarşılayacaq", - deyə Kreml sözçüsü bildirib.
Onun sözlərinə görə, uçuş-eniş zolağında görüş əvvəlcədən razılaşdırılıb.
ABŞ Prezidenti Donald Tramp ilk olaraq Alyaska sammitinin keçiriləcəyi yerə gələcək və Rusiya Prezidenti Vladimir Putini uçuş-eniş zolağında şəxsən özü qarşılayacaq.
Oxu.Az xəbərinə görə, bu barədə ABŞ-nin Alyaska ştatının qubernatoru Mayk Danlivi "Fox News"a müsahibəsində görüş protokolunun təfərrüatını açıqlayarkən məlumat verib.
"Prezident bazaya gələcək, sonra Rusiya prezidentinin təyyarəsi enəcək və Prezident (Tramp) Rusiya prezidentini Alyaskada qarşılamağa hazır vəziyyətdə uçuş-eniş zolağında olacaq", - deyə Danlivi bildirib.
O əlavə edib ki, hər şey "kifayət qədər tez" baş verəcək.