Rusiyanın Sietl (ABŞ) şəhərindəki baş konsulluğu vətəndaşların qəbulunu dayandırıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə baş konsulluğun saytında məlumat yayılıb.
“ABŞ hökumətinin RF-nın Sietl şəhərindəki baş konsulluğunu bağlamaq qərarı ilə əlaqədar, martın 26-dan etibarən vətəndaşların pasport,viza həmçinin vətəndaşlıq və notariat məsələləri ilə bağlı qəbulu dayandırılır” deyə məlumatda qeyd olunur.
Bundan əvvəl RF-nın baş konsulu Halit Aysin, ABŞ hökumətinin tələbi ilə baş konsulluğun martın 30-u yerli vaxtla 17:00-da fəaliyyətini dayandıracağını bildirmişdi.
F.M.
www.oxu.az
Rəylər