Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
ABŞ senatoru bir neçə ştatın Kanadaya birləşdirilməsini təklif edib
Nyu-York ştatının senatoru Liz Krüger ABŞ-nin şimal-şərq ştatlarının, o cümlədən Nyu-York, Konnektikut, Massaçusets və Vermontun Birləşmiş Ştatlardan ayrılması və Kanadaya birləşməsi imkanına baxılmasını təklif edib.
Oxu.Az-ın "Newsweek" portalına istinadən məlumatına görə, Nyu-York ştatı Senatının maliyyə komitəsinin sədri Krüger Donald Trampın hakimiyyətə qayıtmasının miqrantlar üçün sığınacaq statusuna görə liberal ştatlara federal maliyyələşdirmənin azaldılması ilə təhdid edə biləcəyindən narahatlığını ifadə edib. Demokrat senator iddia edir ki, yeni seçilmiş prezidentin administrasiyasında artıq belə addımlar müzakirə olunur.
Bu, Krügerin belə bir ideya irəli sürdüyü ilk hal deyil. Sentyabrda "City and State New York" nəşrinə müsahibəsində o, şimal-şərq ştatlarının "Kanadanın cənub-şərq əyaləti" kimi birləşdirilməsini təklif edib.
Senatorun təklifi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub, lakin ekspertlər bunu real təşəbbüsdən daha çox Trampın siyasətindən narazılığın simvolik ifadəsi hesab edirlər.
"Kanada" teqi üzrə xəbərlər
- Vankuverdə dəhşət: Naməlum şəxs bıçaqla insanlara hücum etdi, yaralılar var
- Tramp Kanada bayrağı fonunda şəkil paylaşdı: Ölkəni ABŞ-yə qatacağına işarə edir, ya zarafat edir?
- Trampdan Castin Trüdoya gözlənilməz hədə: "Kanada ABŞ-nin 51-ci ştatı ola bilər"
- Kanada ABŞ ilə sərhədin mühafizəsini gücləndirəcək
- Kanadada soyqırımı izləri: İnternat məktəbinin ərazisində yeni qəbirlər aşkarlandı
Rəylər