Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

ABŞ Silahlı Qüvvələrinin arsenalına uzaqmənzilli hipersəs silahı daxil edilir
2025-ci maliyyə ilinin sonuna qədər ABŞ Silahlı Qüvvələrinin arsenalına uzaqmənzilli hipersəs silahı daxil ediləcək.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Defense News" Pentaqonun adı açıqlanmayan rəsmisinə istinadən xəbər verib.
Bildirilir ki, söhbət Vaşinqton ştatında yerləşən Lyuis-Makkord birləşmiş bazasında dislokasiya olunan 17-ci artilleriya briqadası üçün nəzərdə tutulan yerüstü hipersəs raketlərindən gedir.
Qeyd olunur ki, bu silahın 2023-cü ilin payızına qədər yerləşdirilməsi planlaşdırılsa da, proses sınaqlar zamanı aşkarlanan problemlər səbəbindən ləngiyib.
"ABŞ ordusu" teqi üzrə xəbərlər
- Ukrayna ABŞ üçün PUA-lar hazırlayacaq
- ABŞ ordusu tarixində ən böyük cinsi zorakılıq hadisəsini törədən hərbi həkimə hansı cəza verildi?
- ABŞ-də cinsi oriyentasiyasına görə tərxis edilən 30 mindən çox veteranla bağlı qərar verildi
- ABŞ ordusu səhvən öz qırıcı təyyarəsini vurub
- Fətullah Gülənin nəvəsinin ABŞ ordusunda zabit olduğu üzə çıxdı
Ən çox oxunanlar