Birləşmiş Ştatlar F-35 qırıcıları üçün pilotların təlimlərə bundan sonra qəbul edilməməsi barədə qərar verib. “Reuters” xəbər verir ki, bu Ankaranın Rusiyadan S-400 zenit-raket komplekslərinin alması ilə əlaqədardır. Qərar Amerikanın Arizona aviabazasında təlim keçən türkiyəlilərə aid deyil. Hazırda burada 4 pilot və 20 nəfər texniki personal təlim keçir.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin