Amerika Birləşmiş Ştatları və Çin süni intellektlə (Sİ) əlaqədar baş verə biləcək müxtəlif insidentlərin müzakirəsi məqsədilə xüsusi əlaqə kanalının yaradılması barədə razılığa gəliblər.
Oxu.Az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpinin sentyabrın 23-dən 25-dək ABŞ-yə etdiyi dövlət səfəri və ABŞ lideri Donald Trampla görüşlərinin yekunlarına dair Ağ Evin dərc etdiyi sənədlərdə qeyd olunub.
"Dövlətlər "superintellekt"lə bağlı risklər və üstünlüklər barədə fikir mübadiləsi aparmaq üçün ABŞ və Çin arasında dialoq qurublar. Növbəti fikir mübadiləsi ən geci 2026-cı ilin noyabrında baş tutacaq. Həmçinin ABŞ və Çin "superintellekt"lə bağlı insidentlər üzrə ikitərəfli əlaqə kanalının yaradılmasına razılaşıblar", - deyə dərc olunan materiallarda bildirilir.
Ağ Evin sənədlərində, həmçinin ABŞ və Çin liderlərinin müvafiq yeni texnologiyaları ifadə etmək üçün "süni intellekt" deyil, "superintellekt" terminindən istifadə edilməsi barədə razılığa gəldikləri vurğulanır.