Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
ABŞ Yaponiyaya 48 qırıcı göndərəcək
ABŞ Hərbi Hava Qüvvələri 2026-cı ilin yazında Yaponiyanın Honsyu adasının şimalında yerləşən Misava aviabazasında 48 ədəd beşinci nəsil "F-35A" döyüş təyyarəsini daimi olaraq yerləşdirməyə başlayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə yerli bələdiyyəyə istinadən Kyodo agentliyi məlumat yayıb.
Məlumata görə, "F-35"lər hazırda orada yerləşdirilən 36 ədəd dördüncü nəsil "F-16" qırıcı-bombardmançı təyyarələrini əvəz etməlidir.
Qeyd edək ki, Misava ABŞ və Yaponiya Hərbi Hava Qüvvələrinin ortaq istifadəsindədir. Tokio 2018-ci ildən ABŞ-dən alınan və həmçinin lisenziya əsasında Yaponiyada yığılan "F-35A"larını orada saxlayır. Yol boyu bu bazada anqarların və digər obyektlərin modernləşdiriləcəyi və ya yenidən qurulacağı bildirilir.
"F-35 təyyarələri" teqi üzrə xəbərlər
- Türkiyə MN: "F-35 qırıcıları ölkəyə təhvil verilə bilər"
- Niderland "F-16"ları istismardan çıxardı
- ABŞ Türkiyəyə "F-35"lərlə bağlı təklif irəli sürdü: Qarşıya hansı şərt qoyuldu?
- Türkiyə ABŞ-dən "F-16" qırıcıları aldı: NATO müttəfiqləri arasında hərbi əməkdaşlıq güclənir
- Yunan nazirdən qalmaqallı açıqlama: "Bir gecə F-35-lərlə qəfil Ankaraya gələ bilərik"
Rəylər