Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

ABŞ-yə etiraz Kolumbiyaya baha başa gəldi
ABŞ hökuməti Kolumbiyadan idxal olunan mallara əlavə 25% rüsum tətbiq edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb.
"Kolumbiyadan ABŞ-yə daxil olan bütün mallar üçün 25% fövqəladə rüsumlar tətbiq ediləcək. Bir həftə ərzində 25%-lik tariflər 50%-ə qaldırılacaq", - o vurğulayıb.
Bundan əlavə, ABŞ Kolumbiya rəsmiləri və digər rəsmi şəxslərin ölkəyə girişinə məhdudiyyətlər, bank və maliyyə sisteminə sanksiyalar, habelə Kolumbiya hökumətini dəstəkləyən şəxslərə viza məhdudiyyətləri tətbiq edəcək.
Tramp, həmçinin milli təhlükəsizlik məqsədilə Kolumbiya vətəndaşları və yükləri üzərində sərhəd və gömrük nəzarətini gücləndirməyi əmr edib və bunun hələ başlanğıc olduğunu bildirib.
Qeyd edək ki, Kolumbiya Prezidenti Qustavo Petro deportasiya edilən kolumbiyalıları daşıyan ABŞ təyyarələrinin ölkəyə enməsini qadağan edib.
"Kolumbiya" teqi üzrə xəbərlər
- Tramp: "Nyu-York və Vaşinqton məhkəmələrində korrupsiya və radikallıqda birinci yeri tutur"
- Kolumbiya prezidentini öldürmək istəyən narkokartel başçısı məhv edildi
- Kolumbiyanın qərbində cinayətkarlar 29 polis əməkdaşını oğurlayıblar
- Keçmiş olimpiyaçı narkotik ticarətinə görə FTB-nin siyahısına düşdü
- Kolumbiyada avtomobil qəzası: Çox sayda əsgər ölüb, yaralananlar var