Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda baş vermiş zəncirvari qəza ilə bağlı TƏFƏRRÜAT: Sürücü narkotik vasitənin təsiri altında imiş
Bakıda baş vermiş zəncirvari qəzanın təfərrüatı məlum olub.
Sakinlərin iddialarına görə, qəzanı törədən sürücü narkotik vasitənin təsiri altında olub:
"Səsləri eşidib evdən çıxdım, sürücünü görmədim. Bir neçə maşını vurub qaçmışdı. Az sonra əraziyə polis əməkdaşları cəlb olundular", - sakinlərdən biri deyib.
Məlumata görə, polis əməkdaşları tərəfindən süni tıxac yaradılaraq "Volkswagen" markalı avtomobil saxlanılıb və cərimə meydançasına gətirilib.
Avtomobilin sürücüsü isə aidiyyəti üzrə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə təhvil verilib.
Ətraflı Baku TV-nin süjetində:

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə axşam saatlarında, paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.
Belə ki, "Volswagen" markalı minik avtomobilinin sürücüsü hərəkətdə olan üç maşını vuraraq hadisə yerindən uzaqlaşıb.
Qəza nəticəsində avtomobillərə ziyan dəyib.
Həmin görüntüləri təqdim edirik:
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Qubada vəzifəli şəxs müəlliməni xəstəxanalıq etdi - Son vəziyyəti AÇIQLANDI
- Naxçıvanda AĞIR QƏZA - Taksi sürücüsü öldü
- Gələn ay toyu olacaqdı - Faciəli şəkildə ölən gəncin FOTOLARI
- Xocəsən qəsəbəsində sərnişin avtobusu QƏZASI: Sürücü xəsarət alıb
- Bakıda gecə saatlarında ağır qəza nəticəsində həlak olan şəxs İŞ ADAMI İMİŞ