Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Samuxda AĞIR QƏZA: 1-i azyaşlı olmaqla 4 nəfər XƏSARƏT ALDI
Samuxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən məlumat verir ki, hadisə Gəncədən İmamzadə ziyarətgahına gedən yolda qeydə alınıb.
Belə ki, hərəkətdə olan VAZ-21011 ilə VAZ-21015 markalı minik avtomobilləri toqquşub.
Qəzadan sonra VAZ-21011 yolun kənarına düşüb.
Nəticədə VAZ-21011-in sürücüsü, 1986-cı il təvəllüdlü E.İsmayılov, onun həyat yoldaşı, 1997-ci il təvəllüdlü N.Tanrıverdiyeva, onların övladları, 2008-ci il təvəllüdlü S.İsmayılov və 2023-cü il təvəllüdlü D.İsmayılova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Yaralılara tibbi yardım göstərilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.
İlkin ehtimala görə qəzaya səbəb avtomobilərdən birinin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi olub.
Faktla bağlı araşdırma aparılır.
"Samux rayonu" teqi üzrə xəbərlər
- Samuxda məktəb direktoru döyülüb: "Hadisə vaxtı 1000 manatlıq üzüyüm itib"
- Samuxda iki balıqçı itkin düşdü
- Samuxda qayınana kürəkənini DÖYDÜ: Qəndqabı ilə alnından vurub
- 350-dən çox ağac və kolun qanunsuz kəsilməsi ilə bağlı cinayət işi açılıb
- Samuxda bir nəfərdən narkotik vasitə və silah aşkarlanıb