“Bu gün Türkiyənin Adana vilayətində baş verən zəlzələ nəticəsində azı 8 nəfər xəsarət alıb”.
Bu açıqlama ilə Türkiyənin səhiyyə naziri Fahrettin Koca özünün “Twitter” hesabında çıxış edib.
“Kozanada iki, Osmaniyyədə isə altı nəfər hündürlükdən yıxılaraq və ya üzərlərinə əşyaların düşməsi nəticəsində yaralanıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər”, - deyə Fahrettin Koca qeyd edib.
10:04
Türkiyənin Adana şəhərinin Kozan rayonunda 5,5 bal gücündə zəlzələ baş verib.
Bu barədə Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Hallarla Mübarizə İdarəsi (AFAD) məlumat yayıb.
Zəlzələnin ocağı 11,27 kilometr dərinlikdə yerləşib.
Hələlik dağıntı və itkilər barədə məlumat verilmir.
#DEPREM
— AFAD Deprem (@DepremDairesi) July 25, 2023
*
Büyüklük:5.5 (Mw)
Yer:Kozan (Adana)
Tarih:2023-07-25
Saat:08:44:49 TSİ
Enlem:37.632 N
Boylam:35.902 E
Derinlik:11.27 km
Detay:https://t.co/ybkc7Sm4Fi@afadbaskanlik @trthaber @anadoluajansi