“Aeroekspress” üçün ikimərtəbəli qatarların tikintisi ştat rejimində davam edir.
Oxu.Az xəbər verir ki, bu barədə “İnterfaks” şirkət nümayəndəsinə istinadən xəbər yayıb.
“Aeroekspress” üçün ikimərtəbəli qatarların inşası üzrə işlər davam edir və ştat rejimində aparılır”, - deyə, şirkət nümayəndəsi bildirib.
“Aeroekspress”dən bildiriblər ki, ikimərtəbəlki iki qatar artıq Şerbinkada sertifikatlaşdırmadan keçir və tezliklə Şimali Qafqaz dəmir yoluna göndəriləcək.
Qeyd edək ki, bu gün bir sıra Avropa KİV-i İsveçrənin “Stadler” şirkətinin Rusiyanın “Aeroekspress” şirkəti üçün yaradılmış beş ikimərtəbəli elektrik qatarını Azərbaycana satmaq niyyətində olduğunu yazmışdı.
Məlumatlarda bildirilirdi ki, vəsait çatışmazlıqları ilə əlaqədar Rusiyanın “Aeroekspressi” yeni ikimərtəbəli qatarları Azərbaycana güzəştə gedib.
Lakin yuxarıda qeyd etdiyimiz kimi, “Aeroekspress” şirkəti bu məlumatları təkzib etdi.
Beləliklə, Azərbaycan İsveçrənin “Stadler” şirkətindən tamamilə yeni və konkret olaraq ölkəmiz üçün inşa edilmiş qatarlar alıb.
Xatırladaq ki, dəmir yolu nəqliyyat sisteminin modernləşdirilməsi üçün 13 may 2015-ci ildə Bakıda keçirilən “2015 TransCaspian” Beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisi çərçivəsində “Stadler Rail Group” şirkətindən KİSS markalı 5 ikimərtəbəli elektrik qatarının alınması üzrə saziş imzalanıb.
Bu elektrik qatarları ilkin mərhələdə Birinci Avropa Oyunları zamanı Bakı Sərnişin Stansiyası və “Koroğlu” metrostansiyası, Avropa Oyunlarından sonra isə əsaslı təmir edilən Bakı-Xırdalan- Sumqayıt marşrutunda xəttə buraxılacaq.
“Aeroekspress” MMC intermodal və şəhərətrafı sərnişin daşınmaları həyata keçirən Rusiya şirkətidir.