Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ağ Evdən Zelenskiyə: "ABŞ-nin səbri tükənməz deyil"
"ABŞ-nin səbri və büdcələri tükənməz deyil, Volodimir Zelenskinin sülh danışıqlarına başlamasının vaxtı çatıb".
Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uolts "Fox News" telekanalının efirində deyib.
"Birləşmiş Ştatlar başa düşür ki, Zelenski indi sülh danışıqlarına hazır deyil. Bununla yanaşı, vaxt da onun əleyhinə işləyir" , - deyə o vurğulayıb.
M.Uolts əlavə edib ki, Ukraynada münaqişənin illərlə uzadılması ABŞ üçün məqbul variant deyil.
"Maykl Uolts" teqi üzrə xəbərlər
Ən çox oxunanlar