"Milli təhlükəsizlik üzrə müşavir Mayk Uolts vəzifəsini tərk edir, ABŞ-nin BMT-dəki səfiri postuna onun namizədliyini irəli sürəcəyəm".
Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb.
"Uolts ölkəmizin maraqlarını birinci yerə qoymaq üçün səylə çalışdı. Bilirəm ki, o, yeni vəzifəsində də eyni şeyi edəcək", - deyə o bildirib.
Tramp əlavə edib ki, dövlət katibi Mark Rubio milli təhlükəsizlik üzrə müşavirin vəzifə səlahiyyətlərini müvəqqəti olaraq icra edəcək: "Dövlət Departamentinin rəhbəri xarici siyasət idarəsindəki vəzifəsini tərk etməyəcək".
"ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts vəzifəsini hələ tərk etməyib".
Oxu.Az xəbər verir ki, bunu "Axios" portalının müxbiri Barak Ravid "X" sosial şəbəkə hesabında yazıb.
"Uolts yaxın günlərdə vəzifəsini tərk edə bilər. Ağ Evin yüksəkvəzifəli məmuru mənə məlumat verdi ki, Uolts tutduğu vəzifədən hələ istefa verməyib", - deyə jurnalist vurğulayıb.
ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts istefa verib.
Bu barədə Oxu.Az "Fox News" telekanalına istinadla xəbər verir.
"Politico" nəşrinin məlumatına görə, Stiv Uitkoff müşavir vəzifəsini tuta bilər. Qeyd olunur ki, onun namizədliyini bir çox yüksəkvəzifəli məmurlar dəstəkləyir.
Uitkoff hazırda ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi vəzifəsini tutur.