İndoneziya hərbi dəniz qüvvələrinin gəmisinin göyərtəsinə “Air Asia” təyyarəsinin qəzaya uğraması nəticəsində ölən 40-dan çox sərnişinin cəsədi qaldırılıb. Oxu.Az-ın xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, hərbi dəniz qüvvələrinin rəsmisi bildirib ki, aşkarlanan cəsədlərin sayı artmaqdadır.
12:11
İndoneziyanın Nəqliyyat Nazirliyi bildirib ki, Kalimantan sahillərində tapılmış əşyalar çox güman ki, itmiş “Air Asia” təyyarəsinin qalıqlarıdır.
Oxu.Az-ın xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, İndoneziyanın hərbi dəniz qüvvələri bu rayonda insan meyiti aşkar ediblər.
“Su üzərində insan var idi. Noutbukumda fotoşəklə baxandan sonra onun ölmüş insanın meyiti olduğunu anladım,” – leytenant Tri Prabovo deyib.
Öncə ölkə rəhbərliyi bəyan etmişdi ki, dənizdə “qırmızı-ağ rəngli” (“Air Asia” aviaşirkətinin rəngləri) iri və kiçik ölçülü əşyalar tapılıb.
Xatırladaq ki, İndoneziyanın Surabaya şəhərindən Sinqapura uçan Malayziyanın “Air Asia” şirkətinin Airbus A320-200 təyyarəsi dekabrın 28-də gecə radarlardan itib. Təyyarənin göyərtəsində 17 uşaq olmaqla 162 sərnişin olub.