Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Albaniya "TikTok"u qadağan edir
Albaniya hökuməti "TikTok"un bütün ölkə ərazisində istifadəsini ən azı bir il müddətinə qadağan etmək qərarına gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə "PULL" "Telegram" kanalı məlumat yayıb.
"Məktəblərdə fiziki və rəqəmsal təhlükəsizliyi yaxşılaşdırmaq üçün institutlarımız tərəfindən hazırlanmış alətlər paketi əsasında "TikTok" platformasını bloklamaq qərarına gəldik", - təhsil naziri Oqerta Manastirliu bildirib.
Bundan əlavə, planın icrası zamanı daha yaxşı monitorinq üçün BƏƏ ilə layihə çərçivəsində bütün dövlət məktəblərində smart kameralar quraşdırılacaq.
Qeyd olunur ki, bir çox ölkələr platformanın Çinlə əlaqələri ilə bağlı təhlükəsizlik problemlərindən narahatdırlar.
"TikTok" teqi üzrə xəbərlər
- "TikTok"da evlənəcəyinə söz verdiyi qızın evindən qızılları oğurlayıb, qumara qoydu
- Tramp Çin hökuməti ilə "TikTok"u müzakirə edəcək
- "DeepSeek" istifadəçilərin şəxsi məlumatlarını Çinə ötürüb
- 100 qadının fotoları ilə söyüşlü videolar paylaşmışdı - Həbs edildi
- ABŞ-də "TikTok" tətbiqi "App Store" və "Google Play"ə qayıtdı