Alimlər aşkarlayıblar ki, dəniz pişikləri pinqvinləri daha çox Marion adasında Antarktidanın sahillərində zorlayırlar.
Oxu.Az xəbər verir ki, kürəkayaqlıları qeyri-adi seksual davranışının səbəb və xüsusiyyətləri barədə Polar Biology jurnalında danışılıb, bu barədə qısa şəkildə isə BBC Earth-də bildirilib.
İlk dəfə Cənubi Afrika alimləri hələ 2006-cı ildə dəniz pişiyinin kral pinqvini ilə cinsi əlaqəyə girməsinə cəhdi müşahidə ediblər.
O zaman bu davranış gənc erkəyin təcrübəsizliyi kimi qələmə verilmişdi (digər hipotezanın tərəfdarları isə iddia edirdilər ki, onun oyunu təsadüfən seksual akta çevrilib).
Amma növbəti iki il ərzində tədqiqatçılar adanın müxtəlif yerlərində daha üç belə hadisə müşahidə ediblər.
Quşun cinsini müəyyənləşdirmək mümkün olmayıb. Hər dəfə proses eyni sxem üzrə inkişaf edir. Cinsi əlaqədən sonra adətən dəniz pişikləri öz qurbanlarını azad buraxırlar. Amma bu yaxınlarda onlardan biri pinqvini öldürüb və yeyib.
Marion adasında baş verənlər iki müxtəlif sinfə (məməlilər və quşlar) aid olan heyvanlar arasında əlaqə, alimlərin ilk dəfə rast gəldiyi haldır. Belə davranış adada artıq yayılmaqdadır, dəniz pişikləri yeni fəaliyyət növünə tez alışırlar, ona görə də ətrafda gördüklərini təcrübədən keçirməyə başlayırlar.