Almaniya kansleri Fridrix Mertsin ofisi siyasətçinin kosmetik prosedurlara üç ay ərzində 12 500 avro xərcləndiyini etiraf edib.
Oxu.Az xəbər verir ki, bu barədə rg.ru yazır.
Kanslerin xarici görünüşünə maraq ABŞ Prezidenti Donald Trampın Avropa siyasətçiləri ilə görüşündən sonra yaranıb.
Belə ki, Tramp Mertsin xarici görünüşünü tərifləyərək "Harada belə qaralmısan? Mən də istəyirəm", - deyə bildirib.
ABŞ prezidentinin bu açıqlaması Almaniyada birmənalı qarşılanmayıb. Almaniya üçün Alternativ partiyası bütün bunların vergi ödəyicilərinə nə qədər baha başa gəldiyini öyrənmək üçün dərhal parlament sorğusu göndərib.
Məlum olub ki, ilk üç ayda kansler bərbər və makiyaj üçün 12 500 avro xərcləyib.