İsveçrənin dəbdəbəli Zermatt kurortunun yaxınlığındakı dağlarda beş xizəkçinin cəsədi tapılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Məlumata görə, axtarışlara helikopter cəlb edilib. Cəsədlər tapıldıqdan sonra araşdırma başladılıb.
Hazırda ölənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün işlər aparılır.
Alpinistlərin ölüm səbəbi hələ açıqlanmayıb.