Avstriyada Alp dağlarında alpinistləri xilas edən helikopter qəzaya uğrayıb.
Oxu.Az-ın xəbərinə görə, xoşbəxtlikdən hadisə zamanı ölən olmayıb.
Məlumata görə, Qrosqlokkner dağına çıxan alpinisit özünü pis hiss edib. Onun təxliyə etmək üçün helikopter çağırılıb. Alpinisti kabinaya yerləşdirildikdən sonra pilot idarəetməni itirib, və helikopter qayaya çırpılıb.
Qəzanın video görüntüsü qarşı qayadakı alpinist tərəfindən çəkilib.
S.B.
www.oxu.az