Bakıda səfirlik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, Rusiyanın Azərbaycandakı səfirliyinə məxsus Sergey Xrianın idarə etdiyi “Skoda” markalı, 004 D 042 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhər sakini Orxan Şirinovun idarə etdiyi “Hyundai” markalı maşınla toqquşub.
Qəza nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
S.B.
www.oxu.az